Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub    

 R.İbrahimbəyovun vəfatından artıq bir il ötür...

Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun I Fəxri xiyabanda ucaldılan qəbirüstü abidəsinin açılış mərasimi olub.

"Report" xəbər verir ki, açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, deputat Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Anar Rzayev, Bakı Musiqi Akademiyasın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, tanınmış aktyor, aktisalar və Xalq artistinin ailə üzvləri iştirak edib.

Anar Rzayev çıxışına "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" bayatısının misraları ilə başlayıb və R.İbrahimbəyovun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib.

Rasim Balayev xatırladıb ki, R.İbrahimbəyovun vəfatından artıq bir il ötür:

"İllər tez-tez keçir. Onun işlərini biz onun kimi edə bilmirik, onu əvəz edə bilmirik. Elə adam var evdən gedir, elə adam var eldən gedir. Bizim respublikamız üçün çox böyük itki oldu. Rüstəm sənəti ilə, qabiliyyəti ilə, intellektual səviyyəsi ilə bütün dünyada məşhur bir adam idi. Azərbaycanı çox bacarıqla vəsf edirdi".

Ç.Abdullayev R.İbrahimbəyovun qəbirüstü abidəsini bəyəndiyini vurğulayıb:

"Rüstəm özü də bu abidəni bəyənərdi. Mən fəxr edirəm ki, onunla dost olmuşam".

Qəbirüstü abidənin müəllifi A.Zeynalov hazırlıq prosesini barədə məlumat verib:

"Abidəni hazırlamaqdan məmnunam. Əsərin eskizini ailə ilə birgə hazırlamışıq".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar